Sumqayıtda küçə itlərini kim öldürür? - Heyvansevərlərdən ŞİKAYƏT
Sumqayıt şəhərində küçə itlərinin öldürülməsi bəzi insanların narazılığına səbəb olub. Heyvansevərlər iddia edirlər ki, bu cür halların baş verməsi yolverilməzdir və məsələ ilə bağlı daha humanist yanaşma tətbiq olunmalıdır.
"Hamısı "birkalı" itlərdir, heç kimə ziyanları yoxdur. Onsuz da insandan qorxurlar. Bununla bağlı kimə müraciət edək? 2020-ci ildən bütün küçə itlərini öz hesabımıza könüllü olaraq qısırlaşdırır, peyvənd edirik. Amma qarşımısa onların hamısının ölüsü çıxır"- deyə sakin bildirib.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, son günlər şəhər ərazisində sahibsiz itlərin ölümü ilə bağlı yayılan məlumatlar narahatlıqla qarşılanır. Məsələ aidiyyəti qurumlar tərəfindən araşdırılacaq və baş vermiş halların səbəbləri müəyyən olunaraq müvafiq tədbirlər görüləcək.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Mədə-bağırsaq problemləri nə zaman təhlükəlidir?
Şişkinlik mədə-bağırsaq pozğunluğunun əlamətidir? Gecə yaranan mədə yanmasının səbəbi nədir? Bağırsaq florasının pozulmasının əlamətləri nələrdir? Uzunmüddətli...