Sumqayıtda kanalizasiya PROBLEMİ: "Çirkab sular həyətin içinə dolur"
31
iyl
2025
23:14
Sumqayıtın Hafiz Baxış küçəsində yaşayan təxminən 500-ə yaxın sakin kanalizasiya xətlərinin olmamasından narazılıq edib.
Onlar Baku TV-nin qaynar xəttinə müraciət edərək problemin həll olunması üçün aidiyyəti qurumlardan kömək istəyiblər.
Sakinlər bildiriblər ki, bu vəziyyət onların sağlamlıqlarına da təhlükə yaradır.
"Yeddi ildir burada yaşayıram. Həmin vaxtdan bəri yay-qış demədən kanalizasiya təmizləyirik. Çirkab sular həyətin içinə dolur. Antisanitar vəziyyətə görə allergiyadan əziyyət çəkirəm", - deyə sakin Zəhra Məmmədova şikayətini dilə gətirib.
Oxşar xəbərlər
Bir gecədə hər şey məhv oldu: Xaçmaz sakini fəryad edir
Aprelin 6-da yağan leysan Xaçmaz rayonunun Qaracəlli kəndində bir sıra fəsadlara yol açıb. Kənd sakini Mais Daşdəmirov Baku TV-nin qaynar xəttinə müraciət edərə...