Sumqayıt Musiqi Kollecinin yeni direktoru kollektivə təqdim olunub
Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin yeni direktoru Natəvan Həsənova kollektivə təqdim olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Qeyd edək ki, Natəvan Həsənova Azərbaycan Milli Konservatoriyasında Qanun ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb, hər iki təhsil səviyyəsini fərqlənmə ilə tamamlayıb. Daha sonra dissertasiya işini müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini əldə edib.
O, 2004-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrində, 2007-ci ildən isə Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyət göstərir. Müxtəlif dövlət əhəmiyyətli tədbirlərdə solist və orkestr musiqiçisi kimi çıxış edib.
2015-ci ildə ABŞ-ın Nyu-York şəhərində yerləşən "Carnegie Hall"da keçirilən müsabiqədə "1-ci yer" və "Ən yüksək performans" diplomları ilə təltif olunub.
N.Həsənova bir sıra elmi və elmi-metodik əsərlərin müəllifidir. Təhsil sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi tərəfindən fəxri fərmanlarla təltif edilib.
Oxşar xəbərlər
Xocavənd sakini: 24 yaşında çıxdığım yurdumuza indi 7 nəvəmlə qayıdıram
Xocavənd sakini Səfiyar Məmmədov 24 yaşında tərk etdiyi doğma yurda indi 3 övladı və 7 nəvəsi ilə qayıdır. BAKU.WS report-a istinadən xəbər verir ki, S.Məmmədov...