Steytemin ulduzu 300 milyon dollarlıq narkotik qaçaqmalçılığında ittiham olunur

Steytemin ulduzu 300 milyon dollarlıq narkotik qaçaqmalçılığında ittiham olunur
Sosial 13

Britaniyalı aktrisa Ema Hussen Qərbi Afrikadan Avstraliyaya narkotik qaçaqmalçılığı etməkdə ittiham olunub.

BAKU.WS xəbər verir ki, bu barədə "Nine.com.au" portalı məlumat yayıb.

Ema Hussen Adelaidadan olan evli bir cütlüklə birlikdə saxlanılıb. Onlar təxminən 320 kiloqram metamfetamini Avstraliyaya gətirməyə cəhd etməkdə ittiham olunurlar. Narkotiklərin bazar dəyərinin 296 milyon ABŞ dolları olduğu bildirilir. İstintaqın versiyasına görə, metamfetamin kömür kisələrinin içində gizlədilib.

Qanadan göndərilən kömür kisələri sərhəd mühafizə əməkdaşlarının diqqətini çəkib və rentgen yoxlamasından keçirilib. Yoxlama zamanı kisələrin içində ağ rəngli kristal maddə aşkar edilib və sonradan bunun metamfetamin olduğu müəyyənləşdirilib.

Polis Hussenin evində daha 32 çanta tapıb. Hüquq-mühafizə orqanlarının iddiasına görə, həmin çantalarda əvvəllər narkotik maddələr saxlanılıb.

Səlahiyyətli orqanlar aktrisanın elektron cihazlarını və qeyd dəftərçəsini məhkəmə-kriminalistik ekspertizası üçün müsadirə ediblər.

Hussen avqust ayında keçiriləcək növbəti məhkəmə iclasına qədər həbsdə qalacaq.

34 yaşlı aktrisa "İst-Enders" serialının spin-off layihəsində rol alıb və Ceyson Steytemlə birlikdə "Kolibri effekti" filmində rus fahişəsi obrazını canlandırıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər