"Space" TV-də yüksək vəzifəyə TƏYİNAT
"Space" Müstəqil Teleradio Şirkətində növbəti kadr təyinatı gerçəkləşib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, tanınmış ssenarist və prodüser Fariz Əliyev "Space" Müstəqil Teleradio Şirkətinin baş direktoru Ayaz Mustafayevin müşaviri vəzifəsinə gətirilib.
Bu təyinata qədər ölkənin müxtəlif televiziya kanallarında məsul və rəhbər vəzifələrdə çalışan Fariz Əliyev, eyni zamanda, media sahəsində bir çox uğurlu layihənin müəllifi və rəhbəri kimi tanınır.
Qeyd edək ki, son dövrlər "Space" TV-də idarəetmənin effektivliyinin artırılması, efir siyasətinin yenilənməsi və kanalın inkişafına yönəlmiş ardıcıl islahatlar həyata keçirilir.
Oxşar xəbərlər
Pirşağıda suiti cəsədləri aşkarlanıb
Pirşağıda, Xəzər dənizinin sahilində bir neçə nöqtədə suiti cəsədləri aşkarlanıb. Ərazidə yaşayan sakinlər sahilə yayılan kəskin və xoşagəlməz qoxudan narahat o...