"Space TV"də əməkdaşların maaşı verilib? - Baş direktordan AÇIQLAMA

Space TVdə əməkdaşların maaşı verilib? - Baş direktordan AÇIQLAMA
Video
Sosial 10

"Bu gün "Space TV" haqqında danışarkən, hər hansı bir addım atarkən biz ikiqat məsuliyyətli olmalıyıq. Biz yüz ölçüb, bir biçməliyik. Çünki "Space TV" 30 ilin telekanalıdır. Obyektiv və subyektiv səbəblərdən, xüsusilə də subyektiv səbəblərdən - səriştəsiz idarəetmə, yanlış atılan addımlar və xüsusilə son illərdə səhv verilən qərarlar bəzi problemlərə yol açdı. Bu məsələlər də vaxtilə ictimailəşib".

BAKU.WS xəbər verir ki, bunu "Real TV"də yayımlanan "Media Masası" verilişində "Space TV"nin baş direktoru Ayaz Mustafayev deyib.

O bildirib ki, artıq əməkhaqları ilə bağlı problem aradan qaldırılıb:

"Bildiyiniz kimi, "Space TV"yə mayın əvvəli təyin olunmuşam. Mən oraya gələndə də mart-aprel ayları üzrə ödənişlərdə problemlər yaranmışdı və biz bunu iyun ayı da daxil olmaqla, həll etdik".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər