Sosial şəbəkələrdə gündəm olan velosipedçilər DANIŞDILAR
Sürətlə dar küçələrdən və pilləkənlərdən enib qalxırlar, hər kəs onları həm həyəcanla, həm də narahatlıqla izləyir. Kimisi onların hərəkətlərini ekstrim, kimisi hobbi, kimisi isə təhlükəli manevr kimi qiymətləndirir.
BAKU.WS xəbər verir ki, Xəzər TV əməkdaşları dağ velosipedi idmanı ilə məşğul olan yeniyetmələrlə elə görüntülərin yayıldığı ərazidə - Bayılda, Əlibəyov qardaşları küçəsində görüşüblər.
Onlar üç dostdur, biri 7, digəri 8, o birisi isə 4 ildir artıq idmanın bu növü ilə məşğul olduğunu fəxrlə deyir. Asudə vaxtlarını birlikdə keçirdiklərini dilə gətirirlər.
"Təhlükəli halla qarşılaşacağınız təqdirdə vəziyyətdən necə çıxırsınız?", - sualını isə hər kəs özünəməxsus cavablandırır.
Hər üç müsahib dərslərini yaxşı oxuyur. Deyirlər ki, velosipedə olan bu sevgi onların idman sahəsində gələcək karyeralarının başlanğıcıdır. Hər üçü idmanın bu növü üzrə peşəkar təhsil almaq üçün Avropaya üz tutacaqlarını dilə gətirir. Onların yeganə narahatlığı məşq üçün şəhərdə uyğun ərazilərin olmamasıdır.
Azərbaycan Velosiped İdman Federasiyasının məşqçisi Səhər Mehman qeyd edib ki, sosial şəbəkələrdə yayılan görüntülər insanlarda təşvişə səbəb olsa da, idmanın bu növünə yeniyetmələr arasında böyük həvəs var.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
İtə qarşı zorakılıq edən şəxslə bağlı şok iddia
Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində, Yeni Həyat yaşayış massivində itə qarşı zorakılıq göstərilməsi ilə bağlı bəzi detallar məlum olub. Baku TV xəbər verir...