Smartfon almaq istəyənlərin NƏZƏRİNƏ
Yaxın vaxtlarda dünyada smartfonlar bahalaşa bilər.
BAKU.WS Tayvanın "DigiTimes" nəşrinə istinadən xəbər verir ki, istehsalçılar yeni modellərin qiymətlərini qaldırmağa hazırlaşır.
Səbəb istehsal xərclərinin artmasıdır. Prosessor istehsalında lider şirkətlərdən olan TSMC (Taiwan Semiconductor Manufacturing Company) tərəfdaşlarına məhsulların qiymətini 5-10 faiz artıracağını bildirib. Bu addım birbaşa yeni smartfonların qiymətinə təsir göstərəcək.
Məlumata görə, sentyabrda təqdim olunacaq "iPhone" modellərində də TSMC prosessorlarından istifadə ediləcək. Samsung-un yeni flaqmanı "Galaxy S26" isə TSMC tərəfindən istehsal olunan "Qualcomm Snapdragon 8 Elite Gen 2" çipi ilə bazara çıxacaq. Digər aparıcı Android cihazları da bu çiplərlə təchiz ediləcək.
Qiymət artımı ilə çıxacaq ilk smartfonların 2025-ci ilin sonuna qədər satışa çıxması gözlənilir.
Oxşar xəbərlər
Ali Məhkəmə: İşçinin əmək təminatlarının tətbiqi işəgötürənin aktiv öhdəliyidir
Əmək münasibətlərində işçinin qanunla nəzərdə tutulmuş təminatlardan istifadə etməsi yalnız onun təşəbbüsündən və ya müraciətindən asılı deyil. Bu barədə BAKU.W...