Seldən zərər görən sakin: "Həyətə girmək mümkün deyil"
Son günlər müşahidə olunan intensiv yağışlar Azərbaycanın şimal-qərb bölgəsində ciddi fəsadlara yol açıb.
Güclü yağışlar səbəbindən yaranan sel əkin sahələrinə, fındıq bağlarına, həyətyanı sahələrə, eləcə də fərdi yaşayış evlərinə ciddi ziyan vurub.
BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Zərərçəkən Pakizə Şabanova yaşadığı problemlə bağlı danışıb.
"Güclü yağışlar nəticəsində suyun səviyyəsi artıb, həyətə girmək mümkün deyil. Evlərin içərisinə də su dolub. Böyük ehtimalla kanallar dolub. Problemin həll olunması üçün kanalların təmizlənməsinə ehtiyac var. Təkcə mənim deyil, qonşularımın da evləri eyni vəziyyətdədir", - deyə o bildirib.
Oxşar xəbərlər
Sabah Bakıda 38, rayonlarda 40 dərəcə isti olacaq
Avqustun 24-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Bakıda və Abşeron yarımadasında hava...