Şəhid ailələrinə, qazilərə verilən mənzil və avtomobillərin sayı AÇIQLANDI
Vətən Müharibəsində şəhid olan şəxslərin ailə üzvlərinə, həmçinin əlilliyi olan şəxslərə verilən evlərin sayı açıqlanıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov DOST TV-nin efirində çıxışı zamanı bildirib.
O bildirib ki, post-müharibə dövründə qeyd olunan kateqoriyaya aid 7000-dən çox şəxs mənzillərlə təmin olunub:
"Ümumilikdə bu günə qədər 16000-dən çox şəxsə mənzil verilib. Agentlik həmçinin müharibə əlillərinə avtomobillərin verilməsini təmin edir. Post-müharibə dövründə 567, ümumilikdə isə bu günə qədər 7000-dən çox şəxsə avtomobil verilib".
Oxşar xəbərlər
Sabah Bakının bir sıra ərazilərində qaz kəsiləcək
Sabah Bakının Qaradağ rayonunun bir sıra ərazilərində qaz kəsiləcək. BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. "Qaz İxrac"...