Saxlanılan icra başçısı KİMDİR?
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Balakən Rayon İcra Hakimiyyətində aparılan əməliyyat çərçivəsində rayon icra başçısı İslam Rzayev və bir neçə digər rəsmi şəxs saxlanılıb. Əməliyyat korrupsiya və vəzifə səlahiyyətlərinin pozulması ilə bağlı aparılıb.
BAKU.WS saxlanılan icra başçısı İslam Rzayevin həyat və fəaliyyətinə dair məlumatları təqdim edir. İslam Vahid oğlu Rzayev 1965-ci ildə Göyçay rayonunda dünyaya gəlib. 1988-ci ildə Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını iqtisadçı ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə Göyçay rayon Maliyyə idarəsində böyük iqtisadçı olaraq başlayıb. Daha sonra Vergilər Nazirliyində Göyçay rayonunun, həmçinin Bakı şəhərinin Nizami və Əzizbəyov rayonlarındakı struktur vəzifələrində şöbə rəisi, müfəttiş və idarə rəisinin müavini kimi çalışıb.
O, həmçinin "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətində baş mütəxəssis, 2007–2011-ci illərdə isə SOCAR-ın Audit Departamentində rəis müavini vəzifəsini tutub.
18 may 2011-ci ildən Balakən Rayon İcra Hakimiyyətinə rəhbərlik edən İslam Rzayev Yeni Azərbaycan Partiyasının üzvüdür və ailəlidir; üç övladı var.
Oxşar xəbərlər
Avtovağzalla rayona getmək istəyənlərin NƏZƏRİNƏ! Bilet alışı prosesinə dəyişiklik edilib
Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) böyük sərnişin axınını nəzərə alaraq reyslərin vaxtında yola düşmələri, avtobusların düzgün komplektləşdirilməsi...