Satılan kərə yağları nə qədər təmizdir?

Satılan kərə yağları nə qədər təmizdir?
Video
Sosial 56

Tanınmış müğənni Xuraman Şuşalı sosial şəbəkə hesabında aldığı kərə yağlarını suda həll edərək, onların keyfiyyətini sınaqdan keçirib. Müğənni bu sınaq vasitəsilə təklif edilən kərə yağlarının təbii, yoxsa marqarin tərkibli olub-olmadığını izləyiciləri ilə bölüşüb.

Müğənninin bu sınaqlarına qida məsələləri üzrə ekspert Ağa Salamov münasibət bildirib. Ekspert qeyd edir ki, kərə yağının keyfiyyətini müəyyən etmək üçün ev şəraitində aparılan testlər etibarlı deyil.

Onun sözlərinə görə, keyfiyyətsiz məhsul belə suda təmiz yağ kimi görünə bilər:

"Tərkibində 60% kərə yağı, 20% trans yağ və 20% su olan məhsul belə suda təmiz yağ kimi görünə bilər".

Daha ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər