Şamaxı və İsmayıllıda yaşayış evləri TİKİLƏCƏK
Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti Şamaxı və İsmayıllı rayonlarında yeni yaşayış evlərinin inşasına başlayır.
BAKU.WS-in məlumatına görə, bu məqsədlə 3 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikintisi üçün açıq müsabiqə elan olunub.
Layihənin ümumi dəyəri 276 min 993,29 manat olaraq göstərilib.
Qeyd edək ki, yeni fərdi yaşayış evlərinin tikintisi həm rayonlarda sosial rifahın yaxşılaşdırılmasına, həm də təbii fəlakətlər zamanı zərərçəkmiş ailələrin yerləşdirilməsinə töhfə verəcək.
Oxşar xəbərlər
Hövsanda küçə itləri sakinləri qorxuya salır - ŞİKAYƏT
Bakının Suraxanı rayonunda küçə itlərinin çoxluğu sakinlər üçün problemə çevrilib. Bu barədə vətəndaşlar BAKU.WS-in "qaynar xətti"nə müraciətlərində bildiriblər...