Şagirdlərin yerdəyişməsi prosesi dayandırılır
Avqustun 20-dən başlayan şagirdlərin elektron yerdəyişməsi prosesi yekunlaşır.
Bu barədə BAKU.WS-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, sy.edu.az elektron sistemi vasitəsilə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 7 sentyabr saat 12:00-da dayandırılacaq. Həmin müddətə qədər sorğu yerləşdirən valideynlər 10 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər. Qeyd edək ki, yerdəyişmə prosesi başa çatdıqdan sonra tamamlanmayan sorğular və növbələr avtomatik olaraq sistem tərəfindən silinəcək.
Oxşar xəbərlər
Bu ərazilərdə işıq kəsiləcək
Biləsuvar və Cəlilabad rayonlarının bəzi ərazilərində sabah elektrik enerjisinin verilişində fasilə yaranacaq. BAKU.WS "Report"a istinadən xəbər verir ki, buna...