Sabir Rüstəmxanlı qızının boşanmasından danışdı
Xalq şairi Sabir Rüstəmxanlı qızı Aydan Rüstəmxanlı ilə müğənni Elçin Cəfərovun münasibətlərindən danışıb.
BAKU.WS xəbər verir ki, Xalq şairi bu barədə "Həftənin qonağı" verilişində açıqlama verib.
"Yaradıcı adam kimi ona hörmətim var, amma yaradıcı adamların həm də yaxşı ailə başçısı olmaları çətindir. Mənim uşaqlarımın seçimi isə özlərinin olub", - deyə Sabir Rüstəmxanlı bildirib.
Şair qızının boşanması ilə bağlı suallara belə cavab verib:
"Münasibətləri, əlaqələri var. Rəsmilik hər şeyi həll etmir. Hələ heç nə deyə bilmərəm. İndi ki, uşaqların nə ayrılığı bilinir, nə başqa bir şey olub. Ona görə o şeylərə qarışmıram", - deyə o, əlavə edib.
Oxşar xəbərlər
Stress insanı kor edə bilər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
Güclü və ya uzunmüddətli stress görmə funksiyalarına mənfi təsir göstərə və bəzi hallarda ciddi görmə problemlərinə səbəb ola bilər. BAKU.WS-in məlumatına görə...