Sabah bələdiyyə seçkisi ilə əlaqədar təşviqat dayandırılacaq
Sabah bələdiyyə seçkisi ilə əlaqədar seçkiqabağı təşviqat başa çatacaq.
BAKU.WS xəbər verir ki, Seçki Məcəlləsinin 72.3, 74.1.5, 74.1.7, 75.2-ci maddəsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır .
Yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkisi ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına yanvarın 6-dan başlanıb, yanvarın 28-i saat 08:00-da dayandırılacaq.
Oxşar xəbərlər
Ali Məhkəmə: İşçinin əmək təminatlarının tətbiqi işəgötürənin aktiv öhdəliyidir
Əmək münasibətlərində işçinin qanunla nəzərdə tutulmuş təminatlardan istifadə etməsi yalnız onun təşəbbüsündən və ya müraciətindən asılı deyil. Bu barədə BAKU.W...