Sabah Bakıda 14° isti olacaq - PROQNOZ
Bakıda və Abşeron yarımadasında martın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata əsasən, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.
Mülayim cənub-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 0-3° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3-8° isti olacaq.
Gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq.
Oxşar xəbərlər
Vətəndaşın evi qanunsuz sökülüb?
Paytaxt sakini Bəhruz Alışov Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Görədil bağ massivində yerləşən evinin heç bir xəbərdarlıq edilmədən dağıdıldığını bildirir. Ba...