Sabah 7 mindən çox abonent QAZSIZ QALACAQ

Sabah Qəbələ şəhərinin bir hissəsində qaz olmayacaq.
"Azəriqaz" İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata görə, Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qəbələ xidmət sahəsinin Qəbələ rayonu Z.Əliyeva küçəsində şəhərin bir hissəsini təbii qazla təmin edən d-108 mm-lik orta təzyiqli yerüstü qaz xəttinin üzərindəki d-100 mm-lik siyirtmənin girişində aşkarlanmış qaz sızmasının ləğv edilməsi məqsədi ilə sabah saat 10:00-dan işlər yekunlaşanadək Qəbələ şəhəri Nəsimi, S.Vurğun, Natəvan, Gənclər, A.Səhhət, Yeni qəsəbə, C.Yusifov, A.Cəlilov, Şəhriyar, F.Rəhimov, A.Bakıxanov, Z.Əliyeva, H.Əliyev, H.Aslanov küçələrində cəmi 1 961 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaqdır.
*** 15:32
Sabirabadın 10 kəndinin qaz təchizatında fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, diametri 315 mm olan "Ulacalı-Qaragüney" ortatəzyiqli yeraltı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədilə əlaqədar 22.07.2025-ci il saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Sabirabad rayonunun Ulacalı, Bulduq, Ətçələr, Həşimxanlı, Axtaçı-Muğan, Qaratoğay, Gügəcühür, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərində (ümumi 5293 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Oxşar xəbərlər
Avtobus sürücüsü sükan arxasında pivə içib?
Avtobus sürücüsünün sükan arxasında spirtli içki içdiyi iddia olunur. BAKU.WS xəbər verir ki, görüntülər vətəndaşlardan biri tərəfindən çəkilib və "Xəzər Xəbər"...