Sabah 26° isti olacaq - HAVA PROQNOZU
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gündüz havanın qısamüddətə tutulacağı gözlənilir. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.
Oxşar xəbərlər
İftar vaxtı - 6 mart 2026: Ramazanın 16-cı günü
Ramazan ayının on altıncı günündə - 6 mart 2026-cı ildə Azərbaycanda oruc tutanları gözləyən imsak və iftar saatları məlum olub. Ramazanın 16-cı günü üçün Azərb...