Saat 10:00-dan bu qəsəbə və kəndlərdə işıq olmayacaq
Bu gün Lənkəran rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35 kV-luq "Hirkan" hava xəttində iyulun 31-də təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 12:30-dək rayonun Gərmətük, Hirkan qəsəbələri, Daşdalıqjar, Kosalar, Mamusta, Siyavar, Vel kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
Leyla Əliyeva Bakı Şəhər Narkoloji Mərkəzini ziyarət edib
Martın 5-də Leyla Əliyeva Bakı Şəhər Narkoloji Mərkəzini ziyarət edib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Leyla Əliyevaya mərkəz barədə ətraflı məlumat...