Rumıniyada türk siyasətçiyə Qənirə Paşayeva xüsusi mükafatı verildi
Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini Kürşad Zorlu türk dünyasına xidmətlərinə görə Qənirə Paşayeva xüsusi mükafatına layiq görülüb.
Bu barədə BAKU.WS "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, tədbir Rumıniyanın Buxarest şəhərində Parlament sarayında baş tutub.
Qənirə Paşayeva xüsusi mükafatını Zorluya mərhum deputatın anası Terhan Nağıyeva təqdim edib.
Türkiyə-Rumıniya münasibətlərinin əhəmiyyətindən danışan Kürşad Zorlu bu münasibətlərin Balkanların sabitliyi üçün əhəmiyyətini vurğulayıb, ikitərəfli münasibətlərin bir çox sahələrdə davam edəcəyi mesajını verib.
Qalereya
Oxşar xəbərlər
Toy biznesində BÖHRAN: Şadlıq evləri mərasim zallarına çevrilir
Azərbaycanda toy mərasimlərinə marağın azalması şadlıq evlərinin fəaliyyətinə də təsir göstərir. Əvvəllər, demək olar ki, hər gün toy mərasimləri keçirilən məka...