Rumıniyada 44 il sonra ilk dəfə cüzam xəstəsi aşkarlandı

Rumıniyada 44 il sonra ilk dəfə cüzam xəstəsi aşkarlandı
Sosial 63

Rumıniya və Xorvatiyada 44 il sonra cüzam xəstəliyi halları aşkarlanıb.

BAKU.WS xəbər verir ki, Rumıniyada bu xəstəlik uzun müddət görülməyib, lakin Cluj şəhərində istirahət mərkəzində işləyən iki masajist qadında cüzam diaqnozu qoyulub. Onlardan biri 21, digəri isə 25 yaşındadır və hər ikisi İndoneziya vətəndaşıdır.

Rumıniya Səhiyyə Nazirliyi bildirib ki, xəstələrin müalicəsi başlayıb və digər iki şəxs üzərində də testlər davam edir. Səhiyyə naziri Aleksandru Rogobete vurğulayıb ki, cüzam yalnız uzunmüddətli və yaxın təmasla yoluxa bilər, kaplıcaya gələn vətəndaşların narahat olmasına səbəb yoxdur.

Hadisədən sonra istirahət mərkəzi müvəqqəti bağlanıb və geniş yoxlama aparılır.

Eyni zamanda, Xorvatiyanın Split şəhərində də tək bir cüzam halı qeydə alınıb. Xəstə müalicəyə götürülüb və yaxın təmaslı şəxslərə profilaktik müalicə tətbiq edilib. Səhiyyə ekspertləri ümumi yayılma riskinin çox aşağı olduğunu bildirir.

Ümumdünya Səhiyyə Təşkilatına görə, cüzam dəridə lezyonlar, hiss itməsi və sinir zədələnməsi ilə özünü göstərə bilər və erkən diaqnozla tam müalicə oluna bilər.

Son xəbərlər