"Roşka"nın məhkəməsi növbəti ayadək təxirə düşdü
Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin vəkili müvəkkilinin ev dustaqlığına buraxılması və məhkəməyə təqdim olunan videogöruntülərin ekspertizadan keçirilməsi ilə bağlı vəsatət verib.
Müşavirədən sonra qərar açıqlanıb.
Rövşən Süleymanzadənin ev dustaqlığına buraxılması təmin olunmasa da, onunla bağlı təqdim olunan videogörüntülərin ekspertizaya göndərilməsi qərara alınıb.
Növbəti proses martın 3-nə təyin olunub.
Xatırladaq ki, Rövşən Süleymanov keçən ilin yanvar ayında canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Sabah bu 42 kənddə QAZ OLMAYACAQ
Sabah Şəmkirin 42 kəndinin qaz təchizatında fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Bildirilir ki, Şəmkir RQİİ-nin Gədə...