"Roşka" ləqəbli tiktokerin məhkəməsində şahidin ifadəsi suallar doğurub

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə baş tutub.
İclasda təqsirləndirilən şəxsin saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətirilməsində iştirak edən polis əməkdaşlarından biri ifadə verib.
Şahidin ifadəsinin bəzi hissələri ilə Rövşən Süleymanov razılaşmayıb, bu isə proses iştirakçıları arasında əlavə suallar yaradıb. Nəticədə şahid hakim və prokurorun çox sayda sualını cavablandırmalı olub.
Digər şahidlərin iclasda iştirak etməməsi səbəbindən məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Qeyd edək ki, "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvar ayında polisin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, daşıma) ilə ittiham olunur.
Oxşar xəbərlər
Bakı əhalisinə qazla bağlı XƏBƏRDARLIQ - Sabah saat 10:00-dan...
Qaz xətləri üzərində qoruyucu atıcı klapanın quraşdırılması və ortatəzyiqli yerüstü qaz xəttinin dayaqlar üzərinə qaldırılması işləri ilə əlaqədar 08.10.2025-ci...
