Restoranlarda QR-kodlar təhlükəlidir? - Ekspert rəyi
Son illər mağazalarda ödənişdən tutmuş restoran menyularına, ictimai nəqliyyata qədər bir çox sahədə QR-kodlardan geniş istifadə olunur. Skaner vasitəsilə lazımi məlumatı saniyələr içində əldə etmək mümkündür. Bu texnologiya vaxt itkisini azaldır, gündəlik həyatı daha rahat və sürətli edir.
BAKU.WS "Xəzər TV"yə istinadən xəbər verir ki, bəzi hallarda isə istifadəçilər saxta QR-kodlarla da qarşılaşırlar.
Mütəxəssislər bildirirlər ki, saxta QR-kodlar vasitəsilə vətəndaşların şəxsi məlumatları ələ keçirilə, bank kartları boşaldıla, telefonlarına zərərli proqramlar yüklənə bilər. Xüsusilə ictimai yerlərdə yerləşdirilən QR-kodlar daha riskli hesab olunur.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Coşqun Mehdiyev deyir ki, burada əsas problem yönləndirilən keçidlərdədir. İstifadəçi bilmədən saxta sayta daxil olur, bu zaman isə şəxsin məlumatları cəmi bir neçə saniyədə ələ keçirilir.
Ətraflı videomaterialda:
Oxşar xəbərlər
Azərbaycanda söküntü ilə bağlı YENİ AÇIQLAMA - Gələn ildən...
"Söküntü prosesində ilk növbədə qəzalı binalar sökülür. Çünki qəzalı binalarda vətəndaşlarımızın yaşaması təhlükəlidir. Ona görə bu il müvafiq icra strukturları...