Rəşad Dağlıya görə "Space TV"yə XƏBƏRDARLIQ EDİLDİ
Bir neçə gün əvvəl "Space TV"nin efirində meyxanaçı Rəşad Dağlının (Əmirov) ad günü qeyd edilib.
Televiziya kanalında ağır cinayətə görə həbs edilən meyxanaçının ad gününün qeyd edilməsi görüntüləri sosial mediada birmənalı qarşılanmayıb.
BAKU.WS xəbər verir ki, Modern.az məsələ ilə əlaqədar Audiovizual Şuraya müraciət edib.
Qurumun Kommunikasiya Sektorunun müdiri Taleh Quliyev bildirib ki, sözügedən məsələ ilə bağlı Şuranın aidiyyəti struktur bölmələri tərəfindən araşdırma aparılıb.
Açıqlamada qeyd olunub ki, araşdırmanın nəticələrinə uyğun olaraq qanunvericilik çərçivəsində "Space TV" televiziya kanalına rəsmi məktubla xəbərdarlıq edilib.
"Həmçinin televiziya kanalına bildirilib ki, eyni halın təkrarlanacağı təqdirdə, inzibati cəza tədbiri - sanksiya tətbiq ediləcək", - Taleh Quliyev vurğulayıb.
Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilib. Bakı Ağır Cinayətlər məhkəməsinə qərarı ilə Rəşad Dağlıya 9 il 6 ay həbs cəzası verilib.
Oxşar xəbərlər
Bakı-Xırdalan-Sumqayıt qatarı sentyabrın 15-nə qədər fəaliyyətini bərpa etməyəcək - SƏBƏB
Ötən ilin sentyabr ayında fəaliyyətini müvəqqəti dayandıran Bakı-Xırdalan-Sumqayıt dəmiryol marşrutu üzrə hərəkət edən sərnişin qatarının yenidən bərpa ediləcəy...