Rəşad Dağlının həbsxanadan görüntüləri yayıldı
Həbsdə olan tanınmış meyxanaçı Rəşad Dağlının yeni görüntüləri sosial şəbəkələrdə yayılıb.
BAKU.WS xəbər verir ki, son fotolar isə sənətçinin pərəstişkarları arasında böyük təəssüf hissi yaradıb.
Xatırladaq ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da baş verən qətl hadisəsinə görə məsuliyyətə cəlb olunub. O, qonşusu – 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqlayaraq öldürməkdə ittiham edilib. Meyxanaçıya qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə Rəşad Dağlı 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
İçərişəhərin iqtisadi potensialı və bərpası - Rəqəmsallaşma və "ağıllı qoruq" modeli
Baku TV-nin "Rəsmi cavab" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki qonağı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin...