Ramin Məmmədovun qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ - Dekabrın 2-si...
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İmişlidə vətəndaş qəbulu keçirəcək.
Bu barədə BAKU.WS-ə Dini Komitədən məlumat verilib.
Bildirilib ki, qəbul dekabrın 2-si saat 11:00-da baş tutacaq və Saatlı, Sabirabad, İmişli və Beyləqan rayonlarından olan vətəndaşların müraciətləri dinləniləcək.
Dini Komitə sədrinin qəbulu İmişli rayon Heydər Əliyev Mərkəzində (ünvan: İmişli şəhəri, 20 Yanvar küçəsi, 2) keçiriləcək.
Eyni zamanda vurğulanıb ki, qəbula gəlmək istəyən vətəndaşlar Dövlət Komitəsinin Mil-Muğan regional bölməsinə (050) 562 72 32, (021) 246 62 99, [email protected], [email protected]) müraciət edə bilərlər.
Oxşar xəbərlər
Bakıda məşhur restoranda biabırçı mənzərə: Fəaliyyəti dayandırıldı
Bakı şəhərinin Səbail rayonu, T.Əliyarbəyov küçəsi ev 9 zirzəmi ünvanında fəaliyyət "Saeed And Co" MMC-yə məxsus "Dehli" ictimai iaşə müəssisəsində plandankənar...