Ramin Məmmədov Kəlbəcər və Laçından olan vətəndaşları qəbul edəcək
29
iyl
2026
11:26
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Kəlbəcər və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.
Bu barədə BAKU.WS-ə Komitədən məlumat verilib.
Qeyd edilib ki, qəbul avqustun 3-ü saat 11:00-da Kəlbəcər şəhərində yerləşən Dost Mərkəzində keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şərqi Zəngəzur regional bölməsinə (əlaqə vasitələri: (021) 275 52 00, (050) 888 39 98, chairman@scara.gov.az, dk-zengezur@scara.gov.az) müraciət etmələri xahiş olunub.
Oxşar xəbərlər
Süni intellekt miqrasiya sahəsində istifadə edilə bilərmi? - Rəsmi açıqlama
"Süni intellektin tətbiqi hazırda düşündürən suallardan biridir. Çox səmərə tələb edən alətdir. Hər bir təşkilat bu barədə düşünür". BAKU.WS xəbər verir ki, bu...