Ramin Cəfərov: "Baku TV" ənənəvi yayım reytinqində proqnozları qabaqlayır
"Baku TV" ənənəvi yayım formatına keçdikdən sonra qısa müddət ərzində televiziya tamaşaçısının rəğbətini qazana bilib.
BAKU.WS xəbər verir ki, bunu "Baku TV"nin baş direktoru Ramin Cəfərov "Real TV"də yayımlanan "Media masası" verilişində deyib.
O qeyd edib ki, rəhbərlik etdiyi televiziya reytinqləri ölçən şirkətin proqnozlarını qabaqlayır.
"Doğrudur, yayımçıların baxış reytinqlərini ölçən şirkətdən bizə bildirmişdilər ki, ənənəvi tamaşaçının sizi tanıması üçün təxminən 2-3 il lazım olacaq. Biz bunu anlayırdıq və ilk dövrlərdə sonuncu yerlərdə olacağımıza hazır idik. Buna baxmayaraq qısa bir zamanda 16-17 kanal içərisində 7-8-9-10-cu yerlərdə qərarlaşdıq, hər halda ilk onluqda varıq"-kanal rəhbəri bildirib.
Bununla yanaşı, R. Cəfərov reytinqlərin ölçülməsi ilə bağlı bəzi suallarının da olduğunu qeyd edib.
"Bizdə müəyyən suallar var. Reytinqi ölçən şirkətin daxili qaydalarına əsasən biz neçə piplmetrdə (televiziya auditoriyasının izləmə vərdişlərini və reytinqləri ölçən cihaz -red.) olduğumuzu öyrənə bilmirik"- R. Cəfərov vurğulayıb.
O qeyd edib ki, "Baku TV" hər bir tamaşaçının yanında olmağa çalışır və bunu istər ənənəvi televiziya formatında, istərsə də rəqəmsal platformalarda edir.
Xatırladaq ki, "Baku TV" Azərbaycan telekanalları arasında "Youtube" reytinqində birincidir.
Oxşar xəbərlər
Buzovnada piyada keçidi baxımsız vəziyyətdə: Sakinlər təngə gəldilər
Baku TV-nin qaynar xəttinə paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən piyada keçidinin baxımsız vəziyyətdə olması ilə bağlı şikayət daxil olub. Saki...