Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilib
Mərkəzi Seçki Komissiyasında (MSK) Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, iclasda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi seçilməsi ilə əlaqədar R.Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi haqqında qərar qəbul edilib.
*** 16:07
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilməsinə baxılacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, sözügedən məsələ MSK-nın bugünkü iclasının gündəliyinə daxil edilib.
Xatırladaq ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında TÜRKPA Baş katibi seçilib.
O, oktyabrın 15-dən etibarən vəzifəsinin icrasına başlayıb.
Oxşar xəbərlər
Sumqayıtda "ölüm növbəsi" gözləyən bina: "Dedilər ki, mümkün deyil, dağılacaq"
Sumqayıt şəhəri, 15-ci məhəllə, 4 saylı yataqxanada yaşayan sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, artıq bir neçə ildir şəraitsiz v...