Quş qripi virusu insana keçə bilər - Mütəxəssisdən qorxulu xəbərdarlıq
"Avropa ölkələri və ABŞ-da pişiklər arasında kütləvi şəkildə yayılan quş qripi (H5N1) virusu böyük ehtimalla insana keçə bilər".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzinin direktoru Aleksandr Qinsburq "İzvestiya" qəzetinə müsahibəsində xəbərdarlıq edib.
Onun sözlərinə görə, patogenin yüksək yoluxuculuğa malik olması və ağır simptomlar yaratması, bu virusun səbəb ola biləcəyi potensial epidemiyanı təbii çiçək xəstəliyi ilə müqayisə etməyə əsas verir.
"Bizə bu virus üçün vaksin prototipi lazımdır... Bu infeksiyanın ölüm göstəricisi 50-70% təşkil edir və əgər hava-damcı yolu ilə ötürülməyə başlasa, təbii çiçək onun yanında sadəcə bir oyuncaq kimi qalar", - deyə Qinsburq xəbərdarlıq edib.
Oxşar xəbərlər
14 rayonda yol təmirində yeyinti: Milyon manatdan çox vəsait büdcəyə qaytarıldı
Hesablama Palatasının 2026-cı il üzrə İş Planına müvafiq olaraq, 2024-2025-ci illərdə dövlət büdcəsindən 14 yerli icra hakimiyyəti orqanında (Quba, Tərtər, İmiş...