Qum adası artıq ada deyil? – Elm adamından vacib AÇIQLAMA

Ötən gün məşhur fotoqraf Aleksey Lyokin çəkdiyi görüntülərlə iddia edib ki, Qum adası artıq "Qum Yarımadası"na çevrilib. Belə ki, ada Xəzər dənizində suyun çəkilməsi ilə sahilə birləşib.
Bəs görəsən belə halda adaya yarımada demək doğrudur? Ümumiyyətlə Xəzərin Azərbaycan sektorunda daha əvvəl belə hadisələr qeydə alınıb?
BAKU.WS-in əməkdaşı bu və digər suallara cavab tapmaq üçün Elm və Təhsil Nazirliyinin Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər Dənizi şöbəsinin müdiri, professor Əmir Əliyevlə həmsöhbət olub.
O, bildirib ki, Xəzər dənizinin çəkilməsi ilə əlaqədar belə proseslər baş verə bilər. Çünki Xəzər dənizinin səviyyəsi artıq 1996-cı ildən bu günə qədər 2.5 metrə qədər aşağı düşüb. Bu zaman da adalar yarımadaya çevrilə bilər. Belə bir hadisə Kür daşı adasında da baş verib.
Ekspert vurğulayıb ki, Qum adasını yarımada hesab etmək olmaz. Bu Xəzərin təbii prosesidir:
"Hazırda Xəzər enmə dövründədir. Bundan sonra da Xəzər 1-1.5 metr enə bilər. Tədricən 2050-ci illərdən sonra yüksəlməyə başlayacaq. Buna görə də, Xəzərdə belə hallara sıx rast gəlinir. Abşeron çimərliklərində daşkar suyun üzünə çıxıb. 1930-cu ildən, 1978-ci ilə qədər Xəzərin səviyyəsi 3.2 metr aşağı düşüb. 1928-ci ildən 1995-ə qədər səviyyə 2.5 metr qalxıb. O gündən bəri Xəzərin səviyyəsi təqribən 2.3 metr aşağı düşüb. Belə dəyişmələr nəticəsində Xəzərin relyefində baş verən proseslər gözlə görülə bilər. O vaxt Bakıda Səbail qalası tikilib, lakin su altında qalıb. Həmçinin Xəzərin Salyan rayonu ərazilərində çoxlu daşlar üzə çıxıb".
Əmir Əliyev qeyd edib ki, Bakı buxtasında da bu hadisə baş verə bilər. Lakin buxtada ada yoxdur. Hətta Səbail qalasının daşlarının çölə çıxması da buna sübutdur. Nargin adası istiqamətində çəkilmə müşahidə ediləcək.

Banu Hüseynli
Oxşar xəbərlər
Azərbaycanda valideynlərin uşaqlara qoymaq istədikləri qəribə adlar: Rəzil, Türmə, Stəkan
"Ad seçmə məsələsinə etinasız yanaşmaq uşaqların həyatına mənfi təsir edir". BAKU.WS xəbər verir ki, bunu report-a müsahibəsində Nazirlər Kabin...