Qubadlıda yeni binalar tikiləcək - 26,5 milyonluq LAYİHƏ
07
may
2025
12:03
Qubadlı rayonunun Mahruzlu kəndində genişmiqyaslı tikinti və bərpa işləri nəzərdə tutulur.
BAKU.WS-in əldə etdiyi məlumata görə, bu məqsədlə "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxs tərəfindən 26 milyon 425 min manat dəyərində tender elan edilib.
Layihə çərçivəsində kənddə yeni yaşayış binaları inşa olunacaq və sahədaxili mühəndis-kommunikasiya sistemləri qurulacaq. Buraya su, kanalizasiya, qaz xətləri, elektrik, rabitə şəbəkəsi və kənd daxili yolların çəkilməsi daxildir.
Oxşar xəbərlər
Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli yenilənəcək
Noyabrın 1-dən Bakı-Tbilisi-Bakı marşrutu üzrə hərəkət cədvəli yenilənəcək. Bu barədə BAKU.WS-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib. Məlumata əs...