Qubada işləmək istəyənlərin NƏZƏRİNƏ
Sentyabrın 5-də Quba şəhərində işaxtaranlar və işsizlər üçün geniş əmək yarmarkası təşkil olunacaq.
BAKU.WS-in məlumatına görə, yarmarka Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Filialının təşəbbüsü ilə reallaşacaq.
Yarmarkada 14 işəgötürən tərəfindən 100-dən çox vakansiya təqdim ediləcək. Təklif olunan iş yerləri əsasən regionun əmək bazarının tələbatına uyğun olaraq turizm, istehsal, ticarət, bankçılıq və kənd təsərrüfatı sahələrini əhatə edəcək. İşəgötürənlərin nümayəndələri iştirakçılara vakansiyaların tələbləri barədə ətraflı məlumat verəcəklər.
Bu tədbirin əsas məqsədi işaxtaranlarla işəgötürənlər arasında birbaşa əlaqəni təmin etmək, vətəndaşların məşğulluq imkanlarını artırmaq və əmək bazarına çıxışını asanlaşdırmaqdır.
Əmək yarmarkaları əmək bazarında balans yaratmaq, işsizliyin azaldılması və vətəndaşların gələcək karyera imkanlarını genişləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. Bu cür tədbirlər həm işaxtaranların öz potensialını düzgün qiymətləndirməsinə, həm də işəgötürənlərin ehtiyaclarına uyğun kadr seçiminə şərait yaradır.
Oxşar xəbərlər
Sabirabadda uçan körpü yenidən tikiləcək
Sabirabad rayonunun Sarxanbəyli kəndi ərazisində Aşağı Mil-Muğan kollektoru üzərində uçan körpü yenidən tikiləcək. BAKU.WS report-a istinadən xəbər verir ki, tə...