Qazax sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR

Qazax Rayon İcra Hakimiyyəti şəhərin bir neçə əsas ərazisində abadlıq və yenidənqurma işləri həyata keçirəcək.
BAKU.WS-in əldə etdiyi məlumata görə, layihə Heydər Əliyev parkını, Əliağa Şıxlinski küçəsini və Nəriman Nərimanov yaşayış massivini əhatə edir.
Abadlıq işlərinin ümumi dəyəri 956 min manat məbləğində qiymətləndirilir. Layihə çərçivəsində ərazilərdə həm tikinti-infrastruktur yenilənməsi, həm də estetik abadlıq məqsədli işlər aparılacaq.
Bu abadlıq layihəsinin əsas məqsədi Qazax şəhərinin infrastrukturunu yeniləmək, sakinlər üçün daha rahat və təhlükəsiz yaşayış mühiti yaratmaqdır. Yeni bünövrə və divar hörgüləri ərazidə mövcud tikililərin dayanıqlığını artıracaq, park və küçə abadlığı isə şəhərin ümumi görkəmini xeyli gözəlləşdirəcək.
Oxşar xəbərlər
Azərbaycanda bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək
Nazirlər Kabineti "İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təc...
