Qaxda selə qarşı tədbirlər gücləndirilib, dağ çaylarında mühafizə işləri görülür
Qax rayonunda yağıntılı hava şəraiti ilə bağlı yarana biləcək sel təhlükəsinin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər görülür.
Bu barədə "Report"un Şimal-qərb bürosuna Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə olan Qax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, idarənin texnikaları bu işlər üçün səfərbər edilib.
Hazırda Kürmük çayında məcratəmizləmə işləri həyata keçirilir. Bununla yanaşı, rayon ərazisindən axan digər dağ çaylarında da bu işlər yerinə yetirilir.
Yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsini təşkil etmək üçün daş-beton bəndlərin çəkilişi də davam edir. 2025-ci ilin əvvəlindən etibarən Qax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Kürmükçay, Qapıçay, Zərnəçay və Qum çaylarında 117 min kubmetr məcratəmizləmə işləri həyata keçirilib. Bununla yanaşı, Əlibəyli və İbaxlı kəndlərini sel sularından mühafizə etmək məqsədilə cari təmir hesabına 425 kubmetr daş-beton bənd tikilib.
Oxşar xəbərlər
Ötən həftə 508 hektardan çox ərazi minalardan təmizlənib
Azad olunan ərazilərdə yanvarın 12-dən 18-dək 6 tank əleyhinə mina, 63 piyada əleyhinə mina, 253 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib...