Qarabağdan həmrəylik alovu yüksəlir
2020-ci ilin payızında Müzəffər Ali Baş Komandanİlham Əliyevin rəhbərliyi ilə əzəli və əbədi torpaqlarımızı düşməndən azad etdik və indi regionun ən qüdrətli dövləti kimi mərhəməti, xeyirxahlığı, birliyi özündə ehtiva edən Novruz bayramını doğma torpaqlarımızda qeyd edirik.
BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Novruzun tarixi Azərbaycan xalqının tarixi kimi keşməkeşli olub. Belə ki, ötən əsrin 70-ci illərində Novruz bayramı ilk dəfə olaraq məhz Heydər Əliyevin xeyir-duası ilə qeyd olunub. Həmin vaxt ilk dəfə dövlət televiziyasında bayramla bağlı yayım efirə gedib. Bu da öz növbəsində milli özünüdərki gücləndirib. Bu gün müstəqil respublikamızda dövlət səviyyəsində Novruzun bayram kimi qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə dərin ehtiramın, sarsılmaz bağlılığın nümunəsidir.
Kin-küdurətin unudulduğu, küsülülərin barışdığı bayram xalqımızın yüksək mənəvi dəyərlərindən xəbər verir. Dünyanın od-alov içində olduğu bir vaxtda bizim qaladığımız tonqal öz xarakterinə uyğun olaraq ədavətə yox, vəhdətə xidmət edir.
Oxşar xəbərlər
Marketlərdən balıq alarkən DİQQƏTLİ OLUN!
Balıq o qədər donub ki, yumuşaqlığını tamamilə itirib. BAKU.WS Xezerxeber.az- istinadən xəbər verir ki, bu görüntülər paytaxt marketlərindən birində qeydə alını...