Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 3000 AZN-dək
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və inkişaf layihələri bölgədə iqtisadi aktivliyi artırmaqla yanaşı, əmək bazarında da ciddi canlanma yaradıb. Davam edən tikinti, infrastruktur və xidmət sahələri üzrə layihələr yeni iş yerlərinin açılmasına və müxtəlif ixtisaslara olan tələbatın yüksəlməsinə səbəb olur.
BAKU.WS-in əldə etdiyi məlumata əsasən, hazırda Qarabağ və Şərqi Zəngəzur ərazilərində yerləşən bir sıra rayon və qəsəbələrdə müxtəlif sahələr üzrə vakansiyalar elan edilib.
Təklif olunan iş yerləri kifayət qədər geniş sahələri əhatə edir və əməkhaqqı namizədin ixtisası və təcrübəsindən asılı olaraq 400 manatdan başlayaraq 3000 manatadək dəyişir.
Vakansiyalara müraciət etmək istəyənlər öz tərcümeyi-hallarını qarabagdais@sosial.gov.az
elektron ünvanına göndərə bilərlər. Müraciət zamanı məktubun mövzu hissəsində seçilən vəzifənin adının qeyd olunması vacib şərt kimi göstərilir.
Eyni zamanda, hazır CV-si olmayan vətəndaşlar üçün də imkan yaradılıb. Belə ki, onlar cvyarat.az platforması vasitəsilə ödənişsiz şəkildə qısa müddətdə CV hazırlaya və vakansiyalara müraciət edə bilərlər.
Oxşar xəbərlər
"Yayda toz-torpaq, qışda isə palçıq" - Ağsu sakinlərinin yol dərdi
Ağsu rayonunda həm magistral, həm də kənd yollarının bərbad vəziyyəti sakinlərin ciddi narazılığına səbəb olub. Baku TV-nin məlumatına görə, Göyçay-İsmayıllı-Ağ...