Qarabağda iş yerləri: 3 min manata qədər yeni vakansiyalar
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələri yeni iş yerlərinin yaranmasına səbəb olub. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müxtəlif ixtisaslar üzrə işə qəbul prosesi davam edir.
BAKU.WS-in məlumatına görə, hazırda bölgənin müxtəlif şəhər və qəsəbələrində texniki, inzibati, xidmət və digər istiqamətlər üzrə vakansiyalar elan edilib. İşəgötürənlər fərqli peşə və təcrübəyə malik namizədlər üçün uyğun iş imkanları təklif edirlər.
Əməkhaqqı müraciət edilən vəzifə, namizədin ixtisası və iş təcrübəsindən asılı olaraq müəyyən edilir. Təklif olunan maaşlar 550 manatdan başlayaraq 3000 manata qədər dəyişir.
Vakansiyalara müraciət etmək istəyən şəxslər CV-lərini qarabagdais@sosial.gov.az elektron poçt ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində müraciət olunan vəzifənin adı mütləq qeyd edilməlidir.
CV-si olmayan vətəndaşlar isə cvyarat.az platforması vasitəsilə ödənişsiz şəkildə qısa zamanda öz tərcümeyi-hallarını hazırlayaraq vakansiyalara müraciət edə bilərlər.
Oxşar xəbərlər
Gəncədə 40 minə yaxın sakin qazsız qaldı
Gəncədə 35-40 min abonentin qaz təchizatında fasilə yaranıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, fasiləyə səbəb ötən axşam Gəncə-Bakı magistral yolunun...