Qarabağda bu rayona yeni qaz xətləri çəkiləcək - 4 milyonluq LAYİHƏ
Cəbrayıl rayonunun Şükürbəyli kəndində tikilən 1042 ailəlik yeni yaşayış məntəqəsi qazla təchiz olunacaq.
BAKU.WS-in Məcburi Köçkünlərin Sosial İnkişaf Fondundan əldə etdiyi məlumata görə, işlərin birinci mərhələsi 635 ailəni əhatə edəcək.
Məlumata görə, kəndin sahədaxili qaz xətləri çəkiləcək və evlər qazla təmin olunacaq.
Layihənin ehtimal olunan dəyəri 4 milyon 68 min qəpikdir.
Bu layihə Şükürbəyli kəndinə qayıdan sakinlərin rahat yaşayışını təmin edəcək, yeni məhəllənin dayanıqlı şəkildə qazla təmin olunmasına şərait yaradacaq. Qazlaşdırma həm təhlükəsiz isinməni, həm də məişət şəraitinin yaxşılaşmasını təmin edərək kəndin tam yaşayışa hazır vəziyyətə gətirilməsinə mühüm töhfə verəcək. Bu, regionda sosial rifahın və infrastrukturun bərpasını da sürətləndirəcək.
Oxşar xəbərlər
Xocalıda Heydər Əliyevin anım günü münasibətilə ağacəkmə aksiyası keçirilib
Dekabrın 12-də Xocalı rayonunun Ballıca kəndində ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə ağacəkmə aksiyası keçirilib. BAKU.WS xəbər verir ki, bu...