"Qara cümə" izdihamından estetik klinika qalmaqalına - Həftənin XÜLASƏSİ

Qara cümə izdihamından estetik klinika qalmaqalına - Həftənin XÜLASƏSİ
Video
Sosial 36

"Xülasə" verilişinin yeni buraxılışı yayımlanıb.

Bu həftəsonu Bakıda 90-cı illərin çörək növbələrini xatırladan görüntülər müşahidə olunub. Sadə vətəndaşlar səhər tezdən mağazaların açılmasını gözləyərək "Qara cümə" endirimlərindən yararlanmaq üçün ticarət mərkəzlərinə axışıblar. Müşahidələr göstərir ki, bu cür izdiham yalnız endirim fürsətləri ilə bağlı deyil - bir neçə ay öncə məşhur telefon markasının yeni modeli ölkəyə gələndə də oxşar mənzərə yaranmışdı.

Ekspertlər bildirirlər ki, bəzən endirimlər yalnız marketinq strategiyasıdır: qiymətlər əvvəlcədən artırılır və sonra "endirim"də göstərilir. Bu səbəbdən ehtiyac olmayan məhsulları sərfəli qiymət adı ilə almaq əslində iqtisadi itki ola bilər.

Eyni zamanda, paytaxtda estetik klinikada baş verən qanun pozuntuları da gündəmə gəlib. "Berlin Ailə və Uşaq Klinikası" MMC liposaksiya əməliyyatları zamanı pasiyentlərə yanlış məlumat verdiyi üçün 20 min manat cərimə olunub. Məlum olub ki, əməliyyatı aparan Esmira Quluzadənin tibbi təhsili yoxdur və klinika ilə rəsmi müqaviləsi mövcud deyil.

Bundan başqa, sosial şəbəkələrdə milli-mənəvi dəyərlərə uyğun olmayan paylaşımlara qarşı yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Bədən əzalarını açıq göstərən və etik norma pozuntusu edən istifadəçilər məsuliyyətə cəlb olunacaqlar.

Verilişdə həftə ərzində gündəm olan bu və digər məsələlər diqqətə çatdırılaraq şərh edilib.

Son xəbərlər