"Qadın maşını", "kişi maşını" nə üçündür? – Ekspertdən maraqlı açıqlamalar

Qadın maşını, kişi maşını nə üçündür? – Ekspertdən maraqlı açıqlamalar
Açıqlama
Sosial 82

Cəmiyyət arasında bəzən avtomobillərə "qadın maşını" və ya "kişi maşını" kimi qeyri-rəsmi kateqoriyalarla yanaşılır. Bəs bu təsnifat nə dərəcədə məntiqlidir? Avtomobili cinsə görə bölmək hansı düşüncədən qaynaqlanır və bu stereotiplər hələ də davam edirmi?

Nəqliyyat eksperti Eldəniz Cəfərov BAKU.WS-ə bildirir ki, əvvəllər bu cür yanaşma doğrudan da müşahidə olunurdu:

"Əvvəllər belə bir ayrı-seçkilik var idi – qadınlar daha çox qırmızı, kişilər isə qara rəngli maşınlara üstünlük verirdilər. Amma son illərdə bu yanaşma demək olar ki, aradan qalxıb. İndi artıq bu məsələdə hər kəs bərabər hüquqludur və avtomobil seçimi əsasən şəxsi zövqə, funksionallığa və qiymətə əsaslanır", – deyə ekspert qeyd edib.

Ekspertə görə, ölkəmizdə sürücülərin əsas meyarı avtomobilin dözümlülüyü və qənaətcilliyidir:

"Azərbaycanda vətəndaşlar daha çox dözümlü, uzunömürlü və az yanacaq sərf edən avtomobillərə üstünlük verirlər. Təəssüf ki, təhlükəsizlik məsələləri çox zaman ikinci planda qalır. Halbuki avtomobil seçərkən ən vacib məqam məhz təhlükəsizlik olmalıdır", – deyə Eldəniz Cəfərov vurğulayıb.

Şahanə Xankişiyeva

Son xəbərlər