Pul yığmağın ən asan yolu bu imiş

Pul yığmağın ən asan yolu bu imiş
Sosial 23

Pul toplamaq üçün gündəlik xərcləri kəskin azaltmaq və özünüzü hər şeydən məhrum etmək vacib deyil.

BAKU.WS-in məlumatına görə, əsas məsələ gəlirdən kiçik bir hissəni mütəmadi olaraq kənara qoymaqdır.

Mütəxəssislər aylıq gəlirin 5-10 faizinin yığıma ayrılmasını daha real və davamlı üsul hesab edirlər. Bunun üçün maaş daxil olan kimi həmin məbləği ayrıca hesaba köçürmək tövsiyə olunur. Ayın sonunda artıq qalan pulu saxlamağa çalışmaq isə çox vaxt nəticə vermir.

Pul yığmağın ən asan yolu bu imiş

Həddindən artıq qənaət də əks nəticə yarada bilər. Uzun müddət özünü sıxan insan sonradan yığılmış məhdudiyyətin təsiri ilə daha çox və nəzarətsiz xərcləməyə başlaya bilər.

Pul yığmağa başlamazdan əvvəl konkret məqsəd müəyyənləşdirmək də vacibdir. Məsələn, müəyyən məbləğə çatmaq üçün neçə ay ərzində nə qədər pul kənara qoyulmalı olduğu hesablanmalıdır.

Uzunmüddətli yığımlarda isə vəsaitin yalnız bir formada saxlanılmaması, müxtəlif maliyyə alətləri arasında bölüşdürülməsi daha məqsədəuyğun hesab edilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər