PUA Akademiyasının buraxılış mərasimi keçirilib
2025-ci ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin Pilotsuz Uçuş Aparatları (PUA) Akademiyasında PUA mütəxəssislərinin hazırlığı kursunun buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Tədbirdə çıxış edən polkovnik Mobil Ovçiyev məzunları Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Sonda kursu bitirən hərbi qulluqçulara sertifikatlar təqdim olunub.
Oxşar xəbərlər
Bakıda sürücülər üçün 40 manatlıq "tələ"
Bakıda yol xətlərinin silinməsi və yenidən çəkilməsi zamanı yaranan çaşqınlıq sürücünün cərimələnməsinə səbəb olub. Bu barədə BAKU.WS-in "qaynar xətti"nə müraci...