Prokurorluq orqanlarının yaranmasından 107 il ötür

Prokurorluq orqanlarının yaranmasından 107 il ötür
Sosial 76

Bu gün Azərbaycanda prokurorluq işçilərinin peşə bayramıdır.

BAKU.WS xəbər verir ki, prokurorluq orqanlarının yaranmasının 107-cı ili tamam olur.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq təsis edib.

Ümummilli Lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün - oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edilməklə qeyd olunmağa başlanıb.

Ulu Öndər prokurorluq işçilərinin peşə bayramını təsis etdikdən sonra prokurorluq işçilərinin hər il bu günün təntənəli şəkildə qeyd olunması ənənəsi yaranıb. Bu gün prokurorluq işçiləri, prokurorluğun veteranları, hüquq ictimaiyyəti üçün əlamətdar hadisə kimi ruh yüksəkliyi ilə qeyd edilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub. BAKU.WS xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayı...

12 Sosial 10:26 23 aprel 2026

Son xəbərlər