Piyada keçidi, yoxsa ölüm zolağı?
Hər il piyadavurmalarla bağlı çoxsaylı yol-nəqliyyat hadisələrinin şahidi oluruq.
Paytaxtda baş verən yol-nəqliyyat hadisələrinin yarıdan çoxunu məhz piyadavurmalar təşkil edir. Bu hadisələrin səbəbləri araşdırılır və onların qarşısının alınması üçün müvafiq tədbirlər görülür.
Bəs piyadavurma hadisələrində təqsirkar kimdir?
Son dövrlər respublika ərazisində, xüsusilə də paytaxtda eyni səviyyəli, nizamlanmayan piyada keçidlərinə nəzarət gücləndirilib. Əvvəllər bu nəzarət əsasən polis əməkdaşları tərəfindən həyata keçirilirdisə, hazırda vəziyyət dəyişib.
Artıq bütün istiqamətlər üzrə quraşdırılmış texniki vasitələr 24 saat fasiləsiz müşahidə aparır. Məqsəd yol hərəkəti təhlükəsizliyini təmin etmək və baş verə biləcək qəzaların qarşısını almaqdır. Lakin təəssüf ki, bu qaydalara məhəl qoymayan sürücülər də az deyil. Belə hallara paytaxtın bir çox ərazilərində rast gəlinir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov İctimai TV-yə açıqlamasında bildirib ki, paytaxtın Nizami, Sabunçu və Nərimanov rayonlarında bu cür hallara tez-tez rast gəlinir:
"Kameraların olmadığı piyada keçidlərində sürücülər yol hərəkəti qaydalarını pozaraq insanlar üçün ciddi təhlükə yaradırlar".
Oxşar xəbərlər
İrandan daha 38 nəfər Azərbaycana təxliyə edilib
İrandan martın 14-ü saat 12:00-dan 15:00-dək daha 38 nəfərin Azərbaycana təxliyəsi baş tutub. BAKU.WS report-a istinadən xəbər verir ki, təxliyə "Astara" dövlət...