Pirşağıda zibil problemi: Üfunət, sahibsiz itlərin hücumu...

Pirşağıda zibil problemi: Üfunət, sahibsiz itlərin hücumu...
Video
Sosial 9

Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsinin Əjdər Məlikov küçəsinin sakinləri yaşadıqları ərazidə uzun illərdir zibil qutularının olmadığını və məişət tullantılarının açıq sahəyə atıldığını bildirirlər.

Sakinlərin sözlərinə görə, xüsusilə yay aylarında yaranan üfunət onların gündəlik həyatını çətinləşdirir. Küləkli havalarda isə tullantılar həyətlərə qədər yayılır.

Şikayətçilər bildirirlər ki, zibilliyə toplaşan sahibsiz itlər uşaqlar üçün təhlükə yaradır. Onların sözlərinə görə, ərazidə yaşayan uşaqlardan biri küçə itinin hücumuna məruz qalaraq xəsarət alıb.

Sakinlər qeyd edirlər ki, zibillik yaxınlığında dəmir yolu xətti yerləşir və bu mənzərə həm paytaxt sakinlərində, həm də ölkəyə gələn turistlərdə xoşagəlməz təəssürat yaradır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər