Pirşağıda "ölüm yolu" ilə bağlı tədbir görüləcək - RƏSMİ

Pirşağıda ölüm yolu ilə bağlı tədbir görüləcək - RƏSMİ
Video
Sosial 260

Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində çəkilmiş görüntülər sosial şəbəkədə böyük müzakirələrə səbəb olub.

BAKU.WS xəbər verir ki, kadrlarda fiziki məhdudiyyətli bir şəxsin əlil arabasında yolu keçməkdə çətinlik çəkməsi əks olunub.

Məlumata görə, həmin ərazidə pandusların olmaması və yol infrastrukturunun əlilliyi olan şəxslər üçün uyğunlaşdırılmaması onların gündəlik həyatını xeyli çətinləşdirib.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, sosial şəbəkələrdə Pirşağı qəsəbəsində fiziki məhdudiyyətli şəxsin əlil arabasında piyadalar üçün nəzərdə tutulmuş səkidə təmir işləri getdiyi üçün yolun hərəkət hissəsində getməsi barədə yayılan video görüntülər araşdırılıb:

"Məlumat üçün nəzərinizə çatdırırıq ki, qeyd olunan ərazidə hal-hazırda "Bakı Abadlıq Xidməti" MMC tərəfindən təmir-bərpa işləri həyata keçirilir. Sözügedən Cəmiyyətlə əlaqə saxlanılmış və həmin küçədə təmir-bərpa işləri yekunlaşdıqdan sonra səkidə asfalt örtüyünün bərpa olunacağı bildirilib".

Son xəbərlər