Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?

Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?
Sosial 1

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

4. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

5. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

6. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

7. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

8. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

9. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

10. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

11. Koroğlu Rəhimov küçəsi, akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

12. Səməd Vurğun küçəsi, Lev Tolstoy küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində;

13. Bülbül prospekti, "Sahil" metro stansiyasının qarşısında;

14. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;

15. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

16. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

17. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

18. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

19. Təbriz küçəsi, "Nəriman Nərimanov" metro stansiyası istiqamətində;

20. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər